Biləsuvar sakini intihar edib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Aranlı kəndində qeydə alınıb. Kənd sakini, 1955-ci il təvəllüdlü Əli Əsədov özünü asaraq, intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanları baxış keçirib. İntiharın səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.