Biləsuvarda zəhərlənmə hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Biləsuvar şəhərində, S.Vurğun küçəsində yerləşən evdə qeydə alınıb. Yaşadıqları evin həyətində əkilən gülün toxumlarını yeyən 10 və 9 yaşlarında olan qardaşlar zəhərlənib.
2013-cü il təvəllüdlü Bayramlı Abuzer Məhərrəm oğlu və qardaşı 2014-cü il təvəllüdlü Məhəmməd Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı xəstəxanaya göndəriliblər.