Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, idarəetmədən çıxan avtomobildə olan Biləsuvar rayon sakinləri, 1997-ci il təvəllüdlü Nahid Yarızadə və 2003-cü il təvəllüdlü Mərhəmət Xosuzadə xəsarət alıb.
Həmin şəxslər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.