Bank Of Baku

Biləsuvarda iki yol-nəqliyyat qəzası olub, xəsarət alanlar var

Biləsuvarda iki yol-nəqliyyat qəzası olub, xəsarət alanlar var
# 29 dekabr 2023 19:25 (UTC +04:00)

Biləsuvar rayon ərazisində iki yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, yol-nəqliyyat hadisələrdən biri rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Sürücü 1967-ci il təvəllüdlü Asif Qasımov müxtəlif bədən xəsarətləri alıb.

Digər qəza isə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Motosiklet "Niva" markalı minik avtomobilinə çırpılıb. Nəticədə motosikletin sürücüsü, 1993-cü il təvəllüdlü Orxan Abışov xəsarət alıb. Hər iki hadisədə xəsarət alan yaralılar rayon xəstəxanasına çatdırılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR