Biləsuvarda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə rayon ərazisində qeydə alınan qəzada İmişli rayon sakinləri, 1994-cü il təvəllüdlü T. Sonverdiyeva, 2017-ci il təvəllüdlü N. Məmmədova və Biləsuvar rayon sakini, 1998-ci il təvəllüdlü İ. Ağazadə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.