BQXK saxlanılan şəxslərə ötən il 80 başçəkmə həyata keçirib

BQXK saxlanılan şəxslərə ötən il 80 başçəkmə həyata keçirib
# 26 fevral 2024 11:42 (UTC +04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən ötən il məhbusların saxlanılma şəraitini, onlarla rəftarı qiymətləndirmək və ailə əlaqələrinə dəstək göstərmək üçün 80 başçəkmə (19 saxlanma məntəqəsində) həyata keçirilib.

APA xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) 2023-cü ildə Azərbaycanda həyata keçirdiyi fəaliyyətlər haqqında açıqladığı məlumatda deyilir.

Bildirilib ki, Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə onların ailə üzvləri arasında 1,600, Ermənistanda saxlanılan Azərbaycan vətəndaşları ilə onların ailə üzvləri arasında isə 40 şifahi, yazılı və video mesajlar ötürülüb, və telefon zəngləri baş tutub.

6,000-dən çox saxlanılan şəxs yay və qış paltarları, alt paltarları, ayaqqabılar, gigiyenik bağlamalar, kitablar, idman ləvazimatları və s. daxil olmaqla fərqli malların ianəsindən faydalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR