Bank Of Baku

​​​​​​​Cəlilabadda avtomobil aşıb, 3 nəfər xəsarət alıb

​​​​​​​Cəlilabadda avtomobil aşıb, 3 nəfər xəsarət alıb
# 09 oktyabr 2023 17:34 (UTC +04:00)

Cəlilabadda nəqliyyat vasitəsinin aşması nəticəsində 3 nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə 3 nəfər Masallı rayon sakini - 1974-cü il təvəllüdlü Aqşin Quliyev, 1961-ci il təvəllüdlü Aləmzər Quliyeva və Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Səidə Canbolata müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR