Bank Of Baku

Cəlilabadda baş verən qəzalarda iki nəfər xəsarət alıb

Cəlilabadda baş verən qəzalarda iki nəfər xəsarət alıb
# 07 yanvar 2024 21:37 (UTC +04:00)

Cəlilabadda yol-nəqliyyat hadisələri baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, yol-nəqliyyat hadisələrindən biri rayonunun Gülməmmədli kəndində qeydə alınıb. Avtoqəza nəticəsində 1973-cü il təvəllüdlü Fərhad Hüseynov xəsarət alıb.

Digər hadisə nəticəsində 2002-ci il təvəllüdlü Məhəmməd Amanov xəsarət alıb. M.Amanovun motosikletin aşması nəticəsində xəsarət aldığı bildirilir.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR