Bank Of Baku

Cəlilabadda iki azyaşlı bacı kanalda boğulub - YENİLƏNİB-1

Cəlilabadda iki azyaşlı bacı kanalda boğulub - YENİLƏNİB-1
# 29 dekabr 2023 17:39 (UTC +04:00)

Prokrorluq Cəlilabadda iki azyaşlı bacının kanalda boğulması faktını araşdırır.

Bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, dekabrın 29-da Cəlilabad rayonun Uzuntəpə kəndi ərazisindən keçən su kanalında 2016 və 2019-cu il təvəllüdlü 2 azyaşlının meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

APA-nın cənub bürosunun xəbərinə görə, azyaşlıların meyitləri sudan çıxarılıb.

***

17.24

Cəlilabadda kanalda boğulanlar azyaşlı bacılardır.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, kanalda boğulanların 4 yaşlı Abdullayeva Nərmin Vüsal qızı və onun bacısı 7 yaşlı, birinci sinif şagirdi Leyla olduğu bildirilir.

İlkin məlumata görə, 4 yaşlı Nərmin kanala düşüb, bacısı ona kömək etmək istəyən zaman suya yıxılıb.

Azyaşlılardan birinin meyiti sudan çıxarılıb, digərinin axtarışları davam edir.

***

16.50

Cəlilabadda iki nəfər kanala düşərək boğulub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.

İki nəfərin kanala düşərək boğulduğu bildirilir.

Hazırda onların kimliyi dəqiqləşdirilir.

İlkin məlumata görə, kanalda batanlar azyaşlı məktəbli bacılardır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR