Bank Of Baku

Cəlilabadda ikiotaqlı ev yanıb

Cəlilabadda ikiotaqlı ev yanıb
# 08 yanvar 2024 20:06 (UTC +04:00)

Cəlilabadda ev yanıb.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Nəsirov Fikrətə məxsus 90 kvadratmetrlik ikiotaqlı ev tamamilə yanıb.

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR