Bank Of Baku

Cəlilabadda "Jiquli" "QAZEL"ə çırpılıb, xəsarət alanlar var

Cəlilabadda "Jiquli" "QAZEL"ə çırpılıb, xəsarət alanlar var
# 05 yanvar 2024 21:01 (UTC +04:00)

Cəlilabad iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə yol nəqliyyat hadisəsi Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Abdullu kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili yol kənarında dayanan “Qazel” markalı yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində iki nəfər Cəlilabad rayon sakini xəsarət alıb. Onlardan biri - 1997-ci il təvəllüdlü Fərid Qərib oğlu Musayev ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR