Ceyranbatanda ferma uçub, 16 baş iribuynuzlu heyvan tələf olub

Ceyranbatanda ferma uçub, 16 baş iribuynuzlu heyvan tələf olub
# 02 mart 2024 18:39 (UTC +04:00)

Ceyranbatanda fərdi fermada tavan çöküb, 16 baş iribuynuzlu heyvan tələf olub.

APA xəbər verir ki, hadisə Ceyranbatan bağları adlanan yaşayış massivində Abbasov Yadigara məxsus fərdi fermada qeydə alınıb. Laçın rayonundan olan məcburi köçkünə məxsus fərdi fermada bu gün günorta saatlarında uçan beton tavan iribuynuzlu heyvanların hamısını tələf edib.

Qeyd edək ki, heyvanlar köhnə tikilidə olub, hadisəyə səbəb isə beton plitənin çökməsi olub. Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR