Culfa rayonunda oğurluq edən şəxs barədə cinayət işi başlanılıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Culfa rayon Polis Şöbəsinin əməkdaşları Göydərə kənd poçt bölməsindən oğurluq edən şəxsi müəyyənləşdirərək saxlayıb.
Ə. Məmmədov barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam edir.