Daxili işlər orqanlarının 35 əməkdaşı xidmətdən xaric olunub, 18-i vəzifədən azad edilib

Daxili işlər orqanlarının 35 əməkdaşı xidmətdən xaric olunub, 18-i vəzifədən azad edilib
# 05 mart 2024 15:20 (UTC +04:00)

2023-cü ildə müvəqqəti saxlanma yerlərində 91 moitorinq aparılıb.

APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Qeyd olunub ki, müvəqqəti saxlama yerlərində beynəlxalq norma və standartlara cavab verən şəraitin yaradılması ilə bağlı fəaliyyət çərçivəsində Bakının Xətai, Binəqədi, Yasamal rayon polis idarələrində, respublikanın Abşeron, Qobustan, Şəmkir, Yevlax rayon polis orqanlarında aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb. Bütün müvəqqəti saxlama yerləri vahid mərkəzdən idarə olunan videonəzarət sistemləri ilə təhciz olunub.

Beynəlxalq səviyyəli hökumət və qeyri-hökumət təşkilatları, habelə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə qarşılıqlı əlaqələr davam edib, onların nümayəndələrinin müvəqqəti saxlama yerlərində azad və məhdudiyyətsiz monitorinq aparmasına tam şərait yaradılıb. Bu baxımdan 2023-cü ildə Milli preventiv qrupu 34, Beynəlxalq Qızıl Xaç Komitəsin 4, Nazirliyin yanında İctimai Şurası 3 və İşgəncələrə Qarşı Azərbaycan Komitəsi 50 monitorinq keçirilib. Ümumilikdə müvəqqəti saxlama yerlərində 91 monitorinq aparılıb.

Daxili nəzarət qaydasında aşkarlanmış 154 fakt üzrə 196 əməkdaş intizam qaydasında cəzalandırılıb. Onlardan 35-i xidmətdən xaric olunub, 18-i tutduğu vəzifədən azad edilib, 3-nün xüsusi rütbəsi bir pillə aşağı salınıb, 140-ı barədə digər tənbeh tədbirləri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR