Bank Of Baku

Dəmir yolunu müəyyən olunmamış yerdən keçən qadını qatar vurub

Dəmir yolunu müəyyən olunmamış yerdən keçən qadını qatar vurub
# 05 fevral 2024 09:10 (UTC +04:00)

Bu gün saat 07:50 radələrində sürət qatarı Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olarkən Yeni Sumqayıt mənzilində bir qadın dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.

Qəza nəticəsində qadın xəsarət alıb, əraziyə təcili tibbi yardım çağırılıb.

Sözügedən xətt üzrə qatarların fəaliyyəti qısa zamanda bərpa olunub.

ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə, yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR