Bank Of Baku

DİN: Ağstafada 37 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

DİN: Ağstafada 37 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
# 25 yanvar 2024 08:46 (UTC +04:00)

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N. Babayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, 1991-ci il təvəllüdlü Mahir Kazımov saxlanılıb.

APA xəbər verir k, bu barədə DİN-Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Faktla bağlı araşdırmalar davam etdirilir

***

Saat 08:18

Ağstafada bıçaqlanma baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

1987-ci il təvəllüdlü Nurən Babayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal o əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə N.Babayev naməlum şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR