Bank Of Baku

DİN: Qadına qarşı zorakılıq edən şəxslər saxlanılıb - YENİLƏNİB

DİN: Qadına qarşı zorakılıq edən şəxslər saxlanılıb - YENİLƏNİB
# 24 fevral 2023 16:12 (UTC +04:00)

Xanıma qarşı zorakılıq edən şəxslər saxlanılıb.

APA xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar davam etdirilir.

***

15.23

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə qadının zorla avtomobilə mindirilərək qaçırılması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov APA-ya bildirib ki, görüntülər araşdırılıb:

"Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikirindən daşındırmaq üçün onu rəsmi nikahda olduğu ər, xanımın atası və qayınanası məcbur edərək rayona aparmağa çalışıblar. Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib. Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir".

Qeyd edək ki, sosial şəbəkələrdə qadının zorla avtomobilə mindirilərək qaçırılması ilə bağlı yayılan görüntülər yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR