Bank Of Baku

DYMX-nin rəis müavini: Partlayış olan sexin 2750 kvadratmetr sahəsi dağıntıya məruz qalıb

DYMX-nin rəis müavini: Partlayış olan sexin 2750 kvadratmetr sahəsi dağıntıya məruz qalıb
# 15 yanvar 2024 15:49 (UTC +04:00)

Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş verən yanğın söndürülüb.

APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.

O bildirib ki, saat 11:54 radələrində yanğınla bağlı FHN-ə məlumat daxil olub. Ərazi üzrə 3 yanğın bölməsi hadisə yerinə çatıb: "Bakı qarnizonu 2 saylı çağırışla əraziyə cəlb edilib. Sahəsi 13 min kvadratmetr olan istehsal sexinin 2750 kvadratmetrlik sahəsi dağıntılara məruz qalıb və ərazidə yanğın baş verib. Axtarışlar zamanı 3 nəfərin cəsədi dağıntılar arasında tapılıb, 3 nəfər xilas edilib. Hadisə yerində istintaq qrupu tədqiqat işləri aparır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR