Ələt-Astara yolunda mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Ələt-Astara yolunda mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB
# 20 fevral 2024 18:10 (UTC +04:00)

Bu gün, saat 12:30 radələrində Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi ərazisindən kecən 45-ci kilometirliyində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Neftçala rayon sakini Abdulla Əsgərovun Salyan-Şirvan marşrut xətti üzrə idarə etdiyi “Mercedes” markalı, 99-SK-685 dövlət qeydiyyat nişanlı mikroavtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfər xəsarət alıb, 6 nəfər sərnişinə isə ilkin tibbi yardım göstərilib.

Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

***

13.29

Salyan rayonunda yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyanın Qırxçıraq kəndi ərazisində qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR