Ələt-Astara yolunda qəza olub, xəsarət alanlar var

Ələt-Astara yolunda qəza olub, xəsarət alanlar var
# 19 aprel 2024 18:47 (UTC +04:00)

Cəlilabad rayonunda yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, qəza köhnə Ələt-Astara magistralında qeydə alınıb. İki "VAZ 2107" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR