Bank Of Baku

FHN Bakıda qardaşı tərəfindən öldürülən qadının və qızının meyitini aidiyyəti üzrə təhvil verib

FHN Bakıda qardaşı tərəfindən öldürülən qadının və qızının meyitini aidiyyəti üzrə təhvil verib
# 13 fevral 2024 20:47 (UTC +04:00)

Bakı şəhərinin Suraxanı rayonunda iki nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə əraziyə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1-i uşaq olmaqla 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Əhməd Əhmədov Suraxanı rayonunda bacısını və onun azyaşlı övladını, daha sonra isə Xətai rayonunda atasın, anasını və qardaşını öldürüb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.

Qətlə yetirilən qız uşağının 5 yaşı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR