Bank Of Baku

FHN dalğıcları su kanalında batması ehtimal olunan uşağın axtarışlarını davam etdirir - VİDEO

FHN dalğıcları su kanalında batması ehtimal olunan uşağın axtarışlarını davam etdirir - VİDEO
# 02 yanvar 2024 14:59 (UTC +04:00)

Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 26 dekabr 2023-cü il tarixdə batdığı ehtimal olunan azyaşlının Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışları aparılır.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müvafiq qurum tərəfindən kanalda suyun səviyyəsi aşağı salınmaqla hazırda FHN-in dalğıc-xilasediciləri kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarış-xilasetmə əməliyyatını davam etdirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR