Bank Of Baku

FHN əməkdaşı qəflətən vəfat edib

FHN əməkdaşı qəflətən vəfat edib
# 10 mart 2023 13:44 (UTC +04:00)

Qəbələdə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb regional idarəsinin əməkdaşı qəflətən vəfat edib.

APA-nın Şirvan bürosu xəbər verir ki, FHN-in Şimal-qərb regional idarəsinin Mülkü müdafiə idarəsinin rəisi, 1977-ci il təvəllüdlü Mehdiyev Eldəniz Firudin oğlu qəfil dünyasını dəyişib.

Məlumata görə, o, işdən kənarda, müalicə məqsədilə vurulan iynədən sonra keçinib. İlkin ehtimala görə, Eldəniz Mehdiyev həkim səhlənkarlığı nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR