Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərinin Rəsulzadə küçəsində yerləşən çoxmənzilli yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xüsusi alpinist ləvazimatlarından istifadə edərək onikimərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər tərəfindən yatmış vəziyyətdə aşkar olunmuş 2014-cü il təvəllüdlü uşaq valideynlərinə təhvil verilib.