FHN: Ötən sutka 71 yanğına çıxış olub, 14 nəfər xilas edilib

FHN: Ötən sutka 71 yanğına çıxış olub, 14 nəfər xilas edilib
# 13 fevral 2024 10:13 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 71 yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 14 nəfər, o cümlədən avtonəqliyyat qəzası zamanı 6 nəfər xilas edilib. Həmçinin, yanğınlar zamanı 14 nəfər təxliyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR