FHN: Xaçmazda süni göldə boğulan şəxsin meyiti çıxarılıb - YENİLƏNİB

FHN: Xaçmazda süni göldə boğulan şəxsin meyiti çıxarılıb - YENİLƏNİB
# 12 fevral 2024 20:38 (UTC +04:00)

Xaçmaz rayonunun Ağaverdioba kəndində süni suvarma gölündə suyun üzündə naməlum kişi meyiti aşkarlanıb.

APA xəbər verir ki, bu barədəFövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Saat 19:18

Xaçmazda 23 yaşlı gənc süni göldə boğulub.

APA-nın şimal bürosu xəbər verir ki, Xaçmaz rayonunun Ağaverdi oba kəndində 23 yaşlı Fərid Əliyev işlədiyi bağda ehtiyatsızlıqdan suvarma üçün istifadə olunan süni gölə düşüb. Onun köməyinə çatan olmadığı üçün boğularaq ölüb. F.Əliyevin cəsədi sudan çıxarılaraq Xaçmaz morquna gətirilib.

Hazırda fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR