Bank Of Baku

Gəncə Şəhər Stadionunda yanğın olub - FOTO - YENİLƏNİB

Gəncə Şəhər Stadionunda yanğın olub - FOTO  - YENİLƏNİB
# 25 dekabr 2023 22:41 (UTC +04:00)

Gəncə şəhərində ümumi sahəsi 20 m² olan dəmir konteynerin taxtadan ibarət üzlüyü və içərisində olan əşyalar yanıb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yaxınlıqda olan digər konteyner yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 20:54

Gəncə şəhərini təmsil edən "Kəpəz" Peşəkar Futbol Klubunun stadionunda - Gəncə Şəhər Stadionunda yanğın olub.

APA xəbər verir ki, hadisə stadionun tikinti aparılan ərazisindəki konteynerdə baş verib.

Hadisə yerinə Gəncə Yanağından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub, alov söndürülüb.

İlkin məlumata görə, hadisə elektrik naqillərində qeydə alınan qısaqapanmadan baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR