Gəncədə gənc qızın meyiti aşkarlanıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin DOST-6 yaşayış massivində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü S. Sadıqovanın meyiti yaşadığı evdə aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Gənc qızın ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.