Gəncədə ana və azyaşlı  qızı qazdan zəhərlənib

Gəncədə ana və azyaşlı  qızı qazdan zəhərlənib
# 02 noyabr 2021 23:45 (UTC +04:00)

Gəncədə dəm qazından boğulma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Ələsgərova Pərvanə Altay qızı və onun qızı, 2012-ci il təvəllüdlü Ələsgərova Altunay zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir. İlkin məlumata görə, ana və qızı yaşadığı evin qonaq otağında dəm qazından zəhərləniblər.

Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR