Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib.
APA-nın yerli bürosnun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində yerləşən binaların birində qeydə alınıb.
Sözügedən ünvanda yaşayan 1954-cü il təvəllüdlü Fərəcov Eteri Davud qızı və oğlu, 1981-ci il təvəllüdlü Rufan Fərəcov dəm qazından zəhərləniblər.
Qadın dünyasını dəyişib, övladı isə xəstəxanaya yerləşdirilib.