Bank Of Baku

Gəncədə avtomobil yanıb - FOTO

Gəncədə avtomobil yanıb - FOTO
# 04 yanvar 2024 22:03 (UTC +04:00)

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.

Belə ki BMW markalı minik maşını hərəkətdə olan zaman anidən yanmağa başlayıb.

Dərhal hadisə yerinə FHN-in Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb, minik maşınının qalan hissəsi yanğından mühafizə edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR