Gəncədə bir neçə gün əvvəl itkin düşən ata və oğul tapılıb.
APA-nın yerli bürosununa DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində 1971-ci il təvəllüdlü N.Əliyev və oğlu, 2008-ci il təvəllüdlü R.Əlizadənin Bakı şəhərində yerləri müəyyən edilib.