Bank Of Baku

Gəncədə iki nəfər bıçaqlanıb

Gəncədə iki nəfər bıçaqlanıb
# 19 fevral 2024 09:34 (UTC +04:00)

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakinləri Nadir Cıqqarov və Samir İsmayılovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Bu barədə APA-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı həmin şəxslərə xəsarət yetirən şəxsin Anar Tağıyev olması müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR