Bank Of Baku

Gəncədə kanaldan meyit aşkarlanıb

Gəncədə kanaldan meyit aşkarlanıb
# 23 mart 2024 12:41 (UTC +04:00)

Gəncədə su kanalından kişi meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə meyit şəhərin Əbdülkərim Mehmandarov küçəsindən aşkalanıb.

Belə ki, küçədən keçən su kanalından orta yaşlı naməlum kişi meyiti tapılıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

DİN-Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, ilkin baxış zamanı üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyən meyitin 1969-cu il təvəllüdlü Tahir Hüseynov olması məlum olub.

Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR