Gəncədə güclü külək irigövdəli ağacları qəbirlərin üzərinə aşırıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin 4 saylı "Yeni Səbiskar" adlanan qəbiristanlığında baş verib.
İlkin məlumata görə, 10-a yaxın ağac aşaraq qəbirlərin üzərinə düşüb. Bəzi məzarlara ziyan dəyib.