Bank Of Baku

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə qəza olub, xəsarət alanlar var
# 11 fevral 2024 08:31 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı 1981-ci il təvəllüdlü Zamin Həsənov və 1987-ci il təvəllüdlü Orxan Ağazadə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR