Bank Of Baku

Gəncədə yataqxanada yanğın olub, 10 nəfər təxliyə edilib - YENİLƏNİB

Gəncədə yataqxanada yanğın olub, 10 nəfər təxliyə edilib - YENİLƏNİB
# 02 fevral 2024 15:23 (UTC +04:00)

Gəncədə yataqxanada yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, Gəncə şəhərində beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində ümumi sahəsi 12 m² olan otağın yanar konstruksiyaları yanıb, yüksək temperaturdan ümumi dəhlizin divarları qarsalanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər tüstülənmiş sahələrdən təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

13.20

Gəncədə yaşayış binasında yanğın olub.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın şəhərin Atatürk prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının 3 mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub, yanğın söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR