Gəncədə iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Chevrolet” və “VAZ” markalı minik avtomobilləri toqquşub, nəticədə 1953-cü il təvəllüdlü M.Məmmədov hadisə yerində həyatını itirib, sərnişini 2010 -cu il təvəllüdlü M.Qədimov isə xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-ya verilən məlumata görə, aprelin 9-da saat 06:30 radələrində 2010-cu il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona sağ dizin çapılmış yarası diaqnozu təyin olunub. Zəruri tibbi xidmətlər göstərildikdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent ambulator müalicə üçün evə buraxılıb.