Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Totanlı küçəsində qeydə alınıb. Hərəkətdə olan 2 avtomobilin toqquşması nəticəsində iki nəfər - 1979-cü il təvəllüdlü Hüseynov Nazim Zahir oğlu və onun övladı, 2006-cı il təvəllüdlü Göyüş Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.