Gəncədə yük avtomobilinin vurduğu piyada xəstəxanada ölüb

Gəncədə yük avtomobilinin vurduğu piyada xəstəxanada ölüb
# 29 fevral 2024 21:37 (UTC +04:00)

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Hərəkətdə olan yük maşını 1960-cı il təvəllüdlü Gülmüzər Nəcəfovanı vurub.

64 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlərin bütün səylərinə baxmayaraq, G.Nəcəfova xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR