Bank Of Baku

Gəncədə zəncirvarı yol qəzası olub - FOTO

Gəncədə zəncirvarı yol qəzası olub - FOTO
# 26 mart 2024 22:42 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Dönmə əməliyyatı yerinə yetirən "QAZ 3110" markalı minik maşınına "Mercedes" markalı avtomobil arxadan çırpılıb.

Bu zaman idarəetmədən çıxan "QAZ 3110" əks yolda hərəkət edən "VAZ 2107"yə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.

Sürücülərin sözlərinə görə, qəzaya səbəb olan "Mercedes"in sürücüsü hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR