Bank Of Baku

Goranboyda açıq sahədə yanğın baş verib - VİDEO

Goranboyda açıq sahədə yanğın baş verib - VİDEO
# 15 mart 2024 14:48 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonu, Goran qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Goranboy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində açıq ərazidə 200 kv.m sahədə qamışlıq və vətəndaşa məxsus transformatorun çıxış kabeli 70 p.m yanıb. Ərazidə yerləşən kommunikasiya xətləri və transformator, həmçinin yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR