Bank Of Baku

Goranboyda qanunsuz qum-çınqıl daşıyanlar cərimələnib

Goranboyda qanunsuz qum-çınqıl daşıyanlar cərimələnib
# 16 mart 2024 07:50 (UTC +04:00)

Yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması və aşkarlanması istiqamətində Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Nadirkənd kəndi ərazisində qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib, həmin şəxslərlə profilaktik söhbətlər aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR