Bank Of Baku

Göyçayda 3 avtomobil toqquşub, iki nəfər ölüb - FOTO - YENİLƏNİB

Göyçayda 3 avtomobil toqquşub, iki nəfər ölüb - FOTO  - YENİLƏNİB
# 27 may 2026 17:00 (UTC +04:00)

Göyçayda baş vermiş qəzada ölən və yaralanan şəxslərin kimliyi bəlli olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, qəza zamanı 1970-ci il təvəllüdlü H. Salahov və 2012-ci il təvəllüdlü E. Feyzullayeva ölüblər.

1968-ci il təvəllüdlü İ. Əmrahov, 1964-cü il təvəllüdlü M. Əmrahova, 1988-ci il təvəllüdlü A. Feyzullayeva və 2016-cı il təvəllüdlü L.Feyzullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

***

15.22

Göyçayda zəncirvarı avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, bu gün saat 14.00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində “Opel” , KİA və “Chevrolet” markalı avtomobillər toqquşub.

Nəticədə, avtomobillərdən birində olan yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində ölüb, daha bir nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR