Göyçayda yol qəzası olub, xəsarət alanlar var - FOTO

Göyçayda yol qəzası olub, xəsarət alanlar var - FOTO
# 24 fevral 2024 11:22 (UTC +04:00)

Göyçayda avtomobil “Dörd yol” adlanan ərazidə dairəyə çırpılıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində “Skoda” markalı avtomobil idarəetməni itirərək yoldan çıxaraq dairəyə çırpılıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində avtomobildə olan şəxslərin xəsarət aldığı və rayon mərkəzi xəstəxanasına aparıldığı bildirilir. Hazırda polis əməkdaşları ərazidədir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR