Bank Of Baku

Göygöl və Şabranda qanunsuz tikililər sökülüb - VİDEO

Göygöl və Şabranda qanunsuz tikililər sökülüb - VİDEO
# 29 dekabr 2023 15:49 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

APA FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Göygöl rayonunun Yeni Qızılca və Şabran rayonunun Şahnəzərli kəndləri ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq rayon icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR