Göygöl rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan iki "VAZ" markalı minik maşını toqquşub. Qəza zamanı 1985-ci il təvəllüdlü Elimxan Şabanovun öldüyü, bir nəfərin xəsarət aldığı bildirilir.