Bank Of Baku

Güclü külək Şəkidə məktəbə və evlərə ziyan vurub - FOTO

Güclü külək Şəkidə məktəbə və evlərə ziyan vurub - FOTO
# 27 dekabr 2023 10:51 (UTC +04:00)

Güclü külək Şəkidə bir sıra fəsadlar törədib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam güclü külək nəticəsində Şəkinin Şin kənd inzibati ərazisində bir neçə yerdə ağclar aşıb. Kənd sakini Telli Nəcəfovanın yaşadı evin dam örtüyü uçub.

Güclü külək Şəki şəhərində hazırda tədris aparılmayan 4 saylı tam orta məktəb binasının dam örtüyünü, şəhər sakini İlqar Alxasova məxsus fərdi yaşayış evinin dam örtüyünə də ziyan vurub. Şəhərin S. Mümtaz küçəsində tövlənin dam örtüyü uçub. Rayonda bəzi ərazilərdə ağacların aşması səbəbindən elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Müvafqi qrumlar əraziyə cəlb edilib, fəsadların aradan qaldırılması istiqəmətində işlər aparılır.

Bundan başqa, külək Şəki şəhəri ərazisində qəbiristanlıqda irigövdəli ağacı qəbirlərin üzərinə aşırıb. Nəticədə bir qəbir daşına ziyan dəydiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR