Hacıqabulda yük maşını piyadanı vurub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Padar kəndindən keçən hissəsində qeydə alınıb.
Türkiyə vətəndaşının idarə etdiyi beynəlxalq yükdaşımaları həyata keçirən (TIR) yük avtomobili yolu keçən piyada, Quba sakini, 1993-cü il təvəllüdlü Sərkərov Ramin Əmir oğlunu vuraraq öldürüb.
Onun meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirlib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.