Dekabrın 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.
APA-nın cənub bürosu xəbər verir ki, hazırda axtarışlar Cənub Muğan kanalında, Biləsuvar rayonu ərazisində aparılır.
Cənub Muğan kanalı qurudulub, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları - dalğıc-axtarış qrupu hazırda Araz çayından ayrılan qolun, həmin istiqamətdə körpünün altında sularda axtarış tədbirləri aparırlar.